Polşanın Şetsin şəhər halimiyyəti yeddi kommunist lideri fəxri vətəndaş titulundan məhrum edib.
Qazeta.info Publika.az-a istinadən xəbər verir ki, onların arasında SSRİ lideri Nikita Xruşşov, tarixdə ilk olaraq iki dövlətin – Polşa və SSRİ ordusunun marşalı Konstantin Rokossovski və Polşa Xalq Respublikasının ilk prezidenti Boleslav Berut da var.
Kommunistlərin tituldan məhrum edilməsi təşəbbüsünü ölkənin hakim “Qanun və ədalət” partiyası irəli sürüb. Bu barədə bəyanatda bildirilir ki, siyahıda adları qeyd olunan şəxslər “Siyasi ab-havanın və vəziyyətin təsiri ilə” fəxri ada yiyələniblər.
Siyahıya həmçinin dünyanın Polşa ilə əlaqəli 11 tanınmış insanı daxil edilib. Bunlar arasında əslən polyak olmuş Roma Papası II İohan Pavel və ölkənin keçmiş prezidenti Lex Valensa da var.
Qeyd edək ki, buna qədər fəxri addan faşist lideri Adolf Hitler də məhrum edilmişdi. O, bu adı Şetsin şəhəri III Reyxin tərkibinə daxil olarkən almışdı.
Ümumiyyətlə, Şetsin şəhəri indiyədək Polşadan başqa bir çox dövlətlərin tərkibinə daxil olub. VIII əsrdə salınmış bu şəhər müxtəlif zamanlarda Müqəddəs Roma İmperiyası, Prussiya və İsveçin sərhədləri daxilinə qatılıb. II Dünya müharibəsindən sonra isə Polşaya təhvil verilib. Böyüklüyünə görə Polşanın yeddinci şəhəridir.