Hitler ölümündən əvvəl nə yeyib? — TARİXİ FAKT
25.11.2017 1489 0.0 0

Tarixçilər nasist lideri Adolf Hitlerin köməkçisi Konstanz Manziarlinin məktub və qeydlərini incələyiblər.

 

Məlumata görə, tədqiqat zamanı Hitlerin intihardan əvvəl yediyi yemək məlum olub. Bildirilir ki, intihardan əvvəl Hitler üçün makaron bişirilib.

Konstanz 1943-cü ildən Hitlerin mətbuat müşaviri kimi fəaliyyətə başlayıb və bu zaman onun 23 yaşı var idi. O, Hitlerin ölümündən əvvəl nasist liderə makaron və pomidor sousu hazırlayıb.

Manziarli Hitlerin intiharından sonra rus əsgərlərinə təslim olub. Gənc qadın çiy tərəvəz yeməkləri sahəsində özəl bir təhsil alıb. Konstanzın bacısına göndərdiyi məktublar isə üzə çıxıb.

Məktublarda Hitlerin köməkçisi yazır: "Vegeterian Hitleri məmnun etmək çox çətindir. Hitler son vaxtlar çox kefsizdir və bir ayağının çuxurda olduğunu hiss edirəm".

Digər məktubunda isə Konstanz Hitlerə yemək bəyəndirməyin çox çətin olduğunu bildirir.

Məktublara əsasən məlum olub ki, Hitler ət əvəzinə göbələk yeyirmiş və tez-tez qarğıdalı, alma ilə qidalanırmış./Olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar