Hələ qədimdə Hippokrat bu mualicəni xəstələrinə tətbiq edib, xeyrini görürmüş. Dizenteriya, mədə xorası, yoğun bağırsaqda problem varsa, bu reseptlə sağaldırmış. Gündəmi zəbt etmiş disbakterioz probleminə də bu reseptlə kömək edirmiş.
Əgər saydığımız problemlər sizdə də varsa, reseptə diqqət edin:
10-12 qram nar qabığının qurudulmuşunun üzərinə 200 ml su (çiy də ola bilər) tökülür. 1:20 dəqiqə zəif odun uzərində dəmlənilir. Diqqət etmək lazımdır ki, qaynamasın. Qayanama dərəcəsinə çatdıqda, oddan düşürmək lazımdır. 25-30 dəqiqə gözlədikdən sonra içilir.
Deməli, dizenteriya, salmanelloza, qarın yatalağı, vəba, kəskin apendisit xəstələri bu reseptlə 5 saata sağalır. Bu xəstəliklərə tutulan xəstələr dəmləməni aşağıdakı kimi içməlidirlər:
25-30 dəqiqə gözlədikdən sonra dəmləmənin yarısı içilir. Özünüzü gümrah hiss edirsinizsə və orqanizmdə heç bir (ishal) şey yaranmadısa, davam etmək olar.
Əgər dəmləməni içib özünüzü yaxşı hiss etmədinizsə, 3 saatdan sonra qalanını içməlisiniz. Prosses 3-3.5 saat davam edir, 5 saata bərpa olunur.
Mədə xorası, nazik bağırsağın xorası, kolit (yoğun bağırsağın iltihabı), disbakterioz qurudulmuş nar qabığı ilə 1 həftəyə sağalır.
Dəmləmə 20-25 dəqiqədən sonra gün ərzində 4 dəfə içilir. Dəmləmə 4 bərabər hissəyə bölünür və gün boyu 4 dəfə içilir. 1-ci səhər, 4-cü axşam ac qarına içilir.
Dəmləmə hər gün deyil - 1, 3, 5, 7 günlər içilir, 2, 4, 6 günlər orqanizmə istirahət verilir. Əgər kimsə müalicəni həftədən çox davam etmək istəsə, 1 həftə istirahət edib sonra yenə davam edə bilər. Bununla da mədə-bağırsaqdakı bütün mənfi bakteriyalar məhv olur. Həmçinin Hoppokrat bu dəmləmə ilə yaraları, kəsikləri də sağaldırmış.
Nardan hətta kosmetologiyada da istifadə olunur. Ləkələri, çilləri aparır, dərini ağardır, dırnaqları möhkəmlədir, saçları gücləndirir./Saqlamheyat.az/