Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətində Obamanı günahlandırıb
23.11.2017 742 0
ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton bildirib ki, onun seçkilərdə uduzmağında ölkənin eks-prezidenti Barak Obamanın da günahı var.
Məlumata görə, o, bu barədə radioaparıcı Hyu Hyuittə müsahibəsində deyib.
H.Klinton Obamanın heç bir qərarı ilə razılaşmadığını bildirib: "Lakin ABŞ-ın keçmiş lideri "ümidsiz vəziyyətdə olan iqtisadiyyatın xilası üçün lazım olan hər şeyi görüb".
Onun sözlərinə görə, Barak Obama dünyada diplomatiya və danışıqlara şərait yaradan yol göstərib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər