Hillari Klinton öz qələbəsini bəyan etdi
08.06.2016 569 0.0 0


ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi mübarizəsində öz qələbəsini bəyan edib. Məlumata görə, ötən gün Nyu-Cersidəki ilkin praymerizdə qazandığı qələbədən sonra xanım Klinton partiya qurultayı nümayəndələrindən də kifayət qədər səs toplaya bilib.

Klinton öz qələbəsini bütün qadınlar üçün tarixi məqam adlandırıb.


"Sizin sayənizdə biz  mühüm mərhələyə çatmışıq. Ölkə tarixində ilk dəfə lider partiyalardan birindən prezidentliyə namizəd qadın seçilib", - deyən Hillari Klinton Bruklində öz tərəfdarları ilə qələbə sevincini qeyd edib.

"Bugünkü qələbə bir insana məxsus deyil. Bu, bir nəslin qələbəsidir", - deyə xanım Klinton vurğulayıb.

"Böyük şəxsiyyət olmaq istəyən hər bir kiçik qız uşağına müraciət edirəm. Bəli, siz hər şeyə nail ola, hətta prezident belə ola bilərsiniz. Bu gecəni mən sizə həsr edirəm", - deyə sabiq dövlət katibi şəxsi "Twitter" hesabında yazıb.

 

Donald Tramp - ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd

 

Prezidentliyə respublikaçılar partiyasından namizəd seçilən milyarder Donald Tramp isə Hillari Klintonun çıxışından çox keçməmiş öz tərəfdarlarına müraciət edib. 

"Biz hələ indi başlayırıq. Hər şey gözəl olacaq", - deyə Tramp özünün Nyu-Yorkdakı qolf klubunda çıxışı zamanı bildirib.

 

Berni Sanders - Demokratlar partiyasından prezidentliyə namizəd

Demokratlar partiyasından Klintonun əsas rəqibi Berni Sanders 1569 nümayəndənin səsini toplaya bilib. Bildirilir ki, Hillari Klinton hətta bundan sonra partiyadaxili seçkilərdə uduzsa belə, o, Demokratlar partiyasından nominasiyanı alacaq.

Demokratlar partiyasının praymerizi iyunun 14-də ABŞ-ın altı ştatında keçiriləcək. Bir həftə sonra isə praymeriz Vaşinqtonda baş tutacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar