Hikmət Hacıyev: `Ermənistandan cavab gözləyirik`
20.01.2022 337 0
"Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır".
Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub: "Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik"./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər