Heydər Əliyev prospektinin bağlı hissəsi açılır
28.02.2015 864 0.0 0
Xəbər verildiyi kimi bu gün səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, aparılan təmir işləri Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır.

 

P. Mürsəliyev bildirib ki, Bağırov körpüsünün alt hissəsində tuneldə görülən işlər əsasən alkopanların dəyişdirilməsindən, yol cizgiləri və yol göstərici xətlərinin yenidən rənglənilməsindən və tuneldə bir sıra təmizlik işlərinin həyata keçirilməsindən ibarətdir.

 

Qurum rəsmisinin sözlərinə görə, görülən işlərin sabah günorta saatlarına qədər yekunlaşması gözlənilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar