Hesablama Palatasının sədr müavini və auditorları təsdiqlənib
29.12.2015 554 0
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun və auditorların yenidən bu vəzifəyə təyin edilməsi ilə bağlı təqdimat verilib.
Məlumata görə, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə A. Məhərrəmovun sədr müavini, Cəfər Həsənovun, Firsənd Qurbanovun və Vaqif Həsənovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması ilə təkli irəli sürüb. Təqdimatlar səsə qoyularaq, qəbul olunub.
Qeyd edək ki, A. Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər