Almaniyanın qılıncoynatma idman növü üzrə Olimpiya çempionu Britta Heideman, birinci Avropa Oyunlarına özü dediyi kimi "Olimpiya havası" almağa gəlmişdi. Ancaq onun iştirakı cəmi bir-iki dəfə nəfəs dərməsi ilə sona çatıb.
Belə ki, 2008-ci ilin Olimpiya çempionu və 2012-ci ilin Olimpiya gümüşünün sahibi Heiderman, qadınların şpaqa ilə fərdi yarışında, rusiyalı Tatyana Andryuşinaya 15-4 hesabı ilə məğlub olub.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, 32 yaşlı alman idmançı, ayağındakı zədəyə görə son həftələr yaxşı məşq edə bilməyib və ümid edib ki, Bakı 2015-də qələbə qazanaraq Rio 2016 Olimpiya Oyunları üçün vəsiqə əldə edərsə bu, ona fiziloloji cəhətdən kömək olar.
Rəqibinə uduzan Heideman, deyib:
Bugün keçirilmiş qılıncoynatma idman növü üzrə yarışlarda bir çox yüksək səviyyəli idmançılar oyunları erkən tərk edib.
Ukraynanın Olimpiya çempionu Yana Şemyakina, ikinci seçmə mərhələsində dünya reytinqində 3-cü yerdə olan estoniyalı Erika Kirpu tərəfindən 14-13 hesabı ilə uduzub. Amma bu məğlubiyyət onun üçün gözlənilməz olmayıb. Belə ki, idmançı Kirpu qılıncoynatma yarışları üzrə favoritlərdən biri olub.
Son Avropa Çempionatının bürünc medalçısı rumıniyalı Simona Pop, seçmə mərhələsındən uğursuz çıxmağını, yuxudan normal şəkildə dura bilməməsi ilə izah edərək deyib:
Estoniyalı Kirpu dörddəbir finalda öz həmyerlisi Yuliya Belyayeva üzərində 15-11 xal hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, bugün dünya ikincisi rumıniyalı Ana Mariya Branzaya qarşı mübarizə aparacaq. Qeyd edək ki, Ana Mariya, bugünkü yarışlarda son səkkizlikdə olan finlandiyalı Katarina Koku 15-4 hesabı ilə asanlıqla məğlub etməyi bacarıb.
Qılıncoynatma idmanı üzrə bugünkü qarşılaşmaların yarımfinalında German 15-10 hesabı ilə italyan Ciulia Rizzini məğlub edib. Rus Zvereva isə, polşalı Eva Nelip üzərində 14-11 hesabı ilə qələbəyə sahib olub.
Rumıniyanı təmsil edən digər idmançı Simona German, digər yarımfinalda, rusiyalı Yana Zverevaya qarşı yarışacaq.
Qeyd edək ki, yarımfinal oyununda məğlub olan qılıncoynadanlar avtomatik olaraq bürünc medal qazanıb. Qızıl medal uğrunda görüş axşam saatlarında baş tutacaq.