Rusiya meyilli separatçılar uzun müddətlik hərbi hazırlıqdan sonra Ukraynanın şərqində yeni hücuma başlamaq imkanı qazanıblar.
Məlumata görə, bu sözləri Brüsseldə jurnalistlərlə görüşdə NATO baş katibi Yens Stoltenberq bildirib.
O qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində vəziyyət səhv istiqamətə doğru gedir:
“Biz çoxlu itkilərin şahidi oluruq, atəşkəs rejiminin pozulması hallarının, müşahidəçilərə maneələrin yaradılması və Rusiyanın separatçılara dəstəyinin davam etdiyini görürük. Bu səhv istiqamətə doğru gedən narahatedici tendensiyadır”.
Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri Antalyada həftənin sonunda Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Görüşdə ABŞ dövlət katibi Con Kerri də iştirak edəcək./anspress/