Ölkəmizin ən ucqar kəndləri təbii qaz ilə təmin olunmasına baxmayaraq Cəlilabad rayonunun bir sıra kəndlərində əhali təbii qazın olmamasından əziyyət çəkir.Əsasən də payız-qış ayları gələndə Cəlilabadda insanların bu problemi daha qabarıq şəkildə özünü biruzə verir.
Hazırda qeyd edilən qaz problemindən biri də Cəlilabad rayonunun Ocaqlı kəndidir.Rayon mərkəzinə yaxınlığı ilə seçilən bu kəndin əhalisi rayon rəhbərliyinin Ocaqlı camaatına ögey münasibət bəsləməsindən şikayətlənir.
Belə ki , bizə verilən məlumata görə, kəndlərin qazlaşdırılması zamanı ətraf kəndlərin bəzisi, hətta Ocaqlı kəndindən ötməklə növbəti kəndlərə təbii qaz verilsə də adı çəkilən kənd diqqətdən kənar qalıb.
Bildirək ki, Qazeta.info-nun araşdırmasına görə hazırda Cəlilabadın qazlaşdırılması 40 faizdən az həcimdə artıq olmaqla təşkil olunub.Yerli sakinlər isə , bunu təkcə Dövlət Neft Şirkətnin fəaliyyətsizliyi ilə deyil Rayon İcar Hakimiyyətinin başçısı Əziz Əzizovun rayona və xüsusən də Ocaqlı kəndinə ögey münasibəti ilə izah edirlər.
Cəlilabadda təbii qaz təchizatı ilə əlaqədar mövzuya qayıdacağıq.
P.S . Qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq