Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqda əhaliyə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, Türkiyənin cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir
Hal-hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam etməkdədir.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənmişdir.
Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraitinin davam edəcək.
May ayının 8-də gündüz saatlarından küləyin tədricən zəifləyəcəyi gözlənilir.
May ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.