Hava müharibəsi başladı?
25.03.2015 983 0.0 0

Baltik dənizi üzərində NATO qırıcıları ilə Rusiya təyyarələri "müharibə"yə başlayıb.
Məlumata görə, İsveçə və NATO-ya məxsus qırıcı təyyarələr həyəcan siqnalı verərək havaya qalxıb. Litva bazasında yerləşən İsveç, Niderland və İtaliya F-16-ları Rusiyanın Baltik dənizi üzərində uçan iki bombardmançı Tu-22М3 və iki Su-27 döyüş təyyarəsini nəzarət altına alıb. Rus təyyarələri işıqları söndürülmüş vəziyyətdə uçarkən yaxalanıb. Həmin təyyarələr Kalininqrad istiqamətdə beynəlxalq hava məkanına daxil olublar.

NATO-nun nümayəndəsi bildirib ki, Rusiya təyyarələri tanınma sistemini söndürüb, mülki avia-dispetçerlərlə əlaqə saxlamayıb və uçuş planını təqdim etməyib.

İsveç isə təyyarələrin hərəkətini qəbuledilməz, beynəlxalq aviasiya qaydalarının pozulması kimi dəyərləndirib.

Xatırladaq ki, Avropa ölkələri öz hava məkanlarında Rusiya təyyarələrinin fəallaşdığını açıqlayıb. NATO-nun üzvü olmayan İsveç və Finlandiya isə ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə Baltik regionu üzərində birgə təlim keçməyə hazırlaşır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar