Hava məlumatı- 17 Fevral
16.02.2015 853 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,

Fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı axşam arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 3-5, günün birinci yarısında 8-12 dərəcə isti, axşam 3 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 17-də
 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 17-si günün ikinci yarısından 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və ötən günlə müqayisədə temperaturun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar