Hava məlumatı-15 avqust
14.08.2015 516 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

 

Bakı və Abşeron yarımadasında,

Avqustun 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında

Avqustun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar