Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 11-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 10-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacağı gözlənilir.