Hava məlumatı-04 avqust
03.08.2015 524 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında, 

 

Avqustun 04-də hava şəraitinin günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 04-də
 hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar