Hava hücumu nəticəsində Suriyada 20 dinc sakin ölüb
14.06.2015 672 0.0 0

ABŞ idarəçiliyi altında olan koalisya qüvvələrinə aid döyüş təyyarələri, Rakkanın Tel Abyad ətrafındakı mövqelərə edilən hücum nəticəsində 20 dinc sakinin öldüyü bildirilib.

 
Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Müxalif qüvvələrdən hesab olunan Suriya Ümumi İnqilab Şurasından verilən açıqlamada, koalisiya güclərinə aid döyüş təyyarəsinin İŞİD-in nəzarətində olan Rakkanın Tel Abyad mahalı ətrafına hücum təşkil etdiyi bildirilib.

Məlumata görə, hücumlarda 20 dinc vətəndaşın həyatını itirdiyi, çoxlu sayda adamın yaralandığı bildirilib.

Xatırladaq ki, açıqlamada hücum nəticəsində bölgənin ciddi dağıntılara məruz qaldığı bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar