Hasilatın azalması nefti bahalaşdırır
03.01.2017 1158 0.0 0

Dünya birjalarında neft bahalaşır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar artaraq 54,02 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,33 dollar artaraq 57,15 dollar olub.

 

Neftin bahalaşdıran əsas amil iri neft hasilatçılarının istehsalı azaltmasıdır. Ötən gün Küveytin "Kuwait Oil Co." şirkətinin baş icraçı direktoru Camal Cəfər bildirib ki, şirkətin gündəlik hasilatı 130 min barrel azaldaraq 2,75 mln. barrelə endirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar