Hasilatın azaldılması müddətinin uzadılması nefti bahalaşdırır
15.05.2017 816 0
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,63% artaraq 48,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar və ya 1,55% artaraq 51,63 dollar olub.
Neftin bahalaşmasına OPEC ölkələri və iri neft istehsalçısı olan 11 dövlətin neft hasilatının daha 6 ay müddətinə uzadılmasına hazır olması səbəb olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər