Hazır yeməklərə acı ədviyyatın qatılması ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır.
Sputnik mednews.info-ya istinadla xəbər verir ki, Harvard Universitetinin alimləri 7 il ərzində Çinin 500 min sakinini müşahidə edərək bu qənaətə gəliblər. Əldə olunan informasiyaya görə, acı yemək vaxtsız ölüm ehtimalını 14% azaldır. Eyni zamanda, amerikalı alimlərin fikrincə, ədviyyat onkologiya riskini azaldır, arıqlamağa kömək edir. Ümumiyyətlə, ədviyyat bir çox xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, diyetoloqlar ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərin yeməyinə karri əlavə etməyi məsləhət görürlər. Kayen bibəri həzm sistemi problemlərinə kömək edir. Başqa bir tədqiqat sübuta yetirib ki, çili bibəri miqreni sakitləşdirir. Bu ədva qanın baş beyinə axmasına kömək edir və sinir uclarını fəallaşdırır.