Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?
08.06.2017 774 0.0 0

Əvvəllər belə hesab olunurdu ki, isti su mikrobları daha yaxşı yuyub aparır. Lakin son araşdırmalar göstərib ki, bu heç də belə deyil.

Medicinform.net-ın məlumatına görə, Rutgers Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, soyuq və ya isti suyun təmizliyə və sterilliyə heç bir bir aidiyyatı yoxdur.

Araşdırmada 2 qrup insan iştirak edib. 1-ci qrup əlləri soyuq, ikinci isti suda yuyurdu. Sonra iştirakçıların əlləri mikroblara görə yoxlanılırdı.

Nəticədə məlum olub ki, suyun temperaturu sterilliyə təsir etmir. Ən əsası əlləri yaxşı sabunlamaq (əllərin bütün səthi sabunla örtülməlidir) və 20 saniyədən az olmayaraq yumaqdır.

Həmçinin nəzərə almaq lazımdır ki, isti su dəriyə mənfi təsir edir, onun qocalmasını sürətləndirir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar