Hansı qan qrupunda olanlar necə qidalanır? (VİDEO)
24.06.2015 840 0.0 0

Qan qrupu ilə qidalanma arasında müəyyən əlaqə var. ANS TV-nin məlumatına görə, amerikalı həkim-naturopat Piter D Adamo XX-XXI əsrlərdə yaşayan insanların immun və həzm sisteminin öz ulularının qəbul etdiyi qidalara meyilli olduğu ideyasını irəli sürüb. Onun fikirlərinə əsasən, qan və qəbul edilən qida arasında kimyəvi reaksiya gedərək genetik irsin ayrılmaz hissəsinə çevrilir. Bu isə insanların davranışlarında əks olunmağa başlayır. 

Psixoloq Elnur Rüstəmov deyir ki, öz sağlamlığına fikir verən insanlar ətrafına da təsir edirlər. Yəni onların da yeməklərinə diqqət yetirməyə başlayırlar. Acılı yeməkləri sevənlər isə aqressiyalarını içində boğmağı bacaranlardır. 

Ən qədim və geniş yayılmış qan qrupu I qrup hesab edilir. Daha çox ət məhsullarına meyilli olan qrup nümayəndələrini əsilli- köklü ovçular da adlandırırlar. Güclü immun sisteminə malik bu insanlarda pərizlərə uyğunlaşma əksinə olaraq çətinliklə gedir. Pəhrizin uğurlu olması üçün isə piysiz mal əti, həmçinin toyuq və balıqdan istifadə məsləhət görülür.

Taxılın tərkibində çörəyə yapışqanlıq verən zülali maddə olan qlüten olduğu üçün I qan qrupundan olan insanlara məsləhət görülmür.

II qan qrupunun nümayəndələri həssas həzm sisteminə malik təsərrüfatçılar-vegeterianlardır. Onların qidalarının ekoloji cəhətdən təmiz və təbii məhsullardan təşkil olunması əsas şərtlərdən hesab olunur. Ovçuların orqanizmində asanlıqla enerji kimi sərf olunan ət, təsərrüfatçılarda piyə çevrildiyindən qan qrupunun nümayəndələrinə ət məhsullarından mümkün qədər istifadə etməmək tövsiyyə olunur. Süd məhsulları istisna olmaqla az miqdarda yağlılığa malik təbii məhsullar, tərəvəz və yarmalar isə çox faydalı sayılır.

Dermatoloq Araz Kazımovun fikrincə, qidalanmalarala əlaqədar olaraq dəridə də müəyyən problemlər yarana bilir. Bəzən dərisində qaşınmalar olan insanlar müəyyən koorbohidratlı yeməklərdən və şirniyyatdan istifadə etməmələri tövsiyyə olunur. 

III qan qrupundan olan insanlar isə digərlərindən fərqli olaraq zəngin qida seçiminə malikdir. Onlar süd məhsullarının əsas istifadəçiləri hesab olunsa da taxıl və mal ətindən uzaq qalmaları məsləhət görülür. 

IV qan qrupu üzvləri isə ətraf mühit və qida dəyişməsinə qarşı həssas olurlar.

Dietoloq Fuad Məcidov isə düşünür ki, IV qan qrpupu bütün qidalardan istifadə edə bilərlər. Bu qrup insanlar qarın piylərini əritmək üçün mütləq pomidordan çoxlu istifadə etməlidirlər.

Qan qrupu ilə qidalanma arasında müəyyən bağlılığın olduğu fikri irəli sürülsə də hər kəsin fərqli bədən qurluşuna malik olduğunu da unutmaq olmaz. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar