Hansı ayda doğulmusan?-Doğulduğu aya görə insanın xasiyyəti
28.02.2015 1281 0.0 0

İnsan haqqında bəzi məlumatları bilmək üçün onun doğulduğu bürc qədər adana olduğu ay, gün də köməyimizə gələ bilər. Doğum tarixinə görə xasiyyəti təqdim edirik. 

Qeyd edək ki, bu xüsusiyyətlər sözsüz ki, heç də bütün insanlara aid deyil. 

1- 10 yanvar 
Davadan, qalmaqallardan xoşlanmayan, sevdiklərinə həddindən artıq çox bağlı, səbrli, çalışqan olur. Onların heç kimin malında, mülkündə gözü olmur. Uğursuzluqlara dözümləri yoxdur, tərif eşitməyi sevir. Yeniliklərə açıq insandır, olduğu məkanlarda da parlamaq istəyir. Əsla geri çəkilmir. 

11- 19 yanvar 
Son dərəcə məntiqli, bacarıqlı, sözünün üzərində dayanan və təhsilə böyük önəm verən insandır. Ağlını və yaradıcılıq qabiliyyətləri asanlıqla birləşdirə, nəyin gərəkli, nəyin isə gərəksiz olduğunu asanlıqla anlayırlar. Gərəkdiyində sərt üzlərini göstərə bilir. Müşahidə qabiliyyəti güclüdür. 

20 - 29 yanvar 
Açıq sözlü, yenilikçi, dostluq əlaqələr güclü, orjinal fikirləri olan insanlardırlar. Onlar davranışları ilə asanlıqla hər kəsin diqqətini cəlb edə bilər. Gərəkdiyində duyğularını arxa plana sala bilir. Zehni qabiliyyəti güclüdür, hər şeyi tez öyrənə bilir. Çətinliklər qarşısında dərhal çıxış yolu tapa bilir. 

30 yanvar - 8 fevral 
Sürətlə düşünə bilən, bacarıqlı, dürüst və dostluğa böyük önəm verir. Süni davranışlar nümayiş etdirən insanlarla yola getmir. Xarici dil öyrənmək sahəsində çox uğurludurlar. Yeniliklərə açıq, maraq doğura bilən, güclü yumor hissinə malik olur. Mübahisə, diskusiyaları sevirlər. İnandırma gücləri var. 

9- 18 fevral 
Qeyri-adi münasibətlər yaşamağa həvəslidirlər. Azadlıqlarını, gəzib yeni kəşflər etməyi, modanı izləməyi sevirlər. Olduqları məkanlara yenilik gətirməyi sevirlər. Monotonluq onlar üçün deyil. Dost çevrəsi olduqca genişdir. 

19 - 29 fevral 
Xəyal gücləri çox yüksəkdir. Sevdiklərinə qarşı olduqca həssas, mübahisələrdən narahat oan, insanların problemləri ilə dərindən maraqlanan şəxslər olurlar. Daima pozitiv düşünməyə çalışırlar. Yaradıcılıq qabiliyyətləri yüksəkdir, dəyişikliklərə açıqdırlar. 
Bədbin insanlara onlara çox tez təsir göstərə bilər. Bu aralıqda doğulanlar həm də çox romantk olurlar. 

1- 10 mart 
Aktiv sosial həyatı olan, sadəlövh və ətrafı tərəfindən çox sevilən olur. Onlar evini, ailəsinə hər şeydən çox önəm verirlər. Müşahidə qabiliyyəti güclüdür. Olacaqları öncədən hiss edə bilir.

11 - 20 mart
Xəyyalarını gerçəyə necə dönüşdürə biləcəyini yaxşı bilir. Uzaqgörənlik qabiliyyəti var. 
Başqalatrının təsiri altına tez düşür. Qərarlılıq nümayiş etdirsə hər bir işin öhdəsindən asanlıqla gələ bilər. Yaxşı sirdaşdır. 

21- 31 mart 
Fiziki yöndən çox güclüdürlər. Hədəfini bilir və yorulmadan ona çatmağa çalışır. Dediyindən, qərarından əsla geri dönməz. Əmr almaqdan xoşlanmır, öz bildiyi yolda yeriyir. 

1 - 10 aprel 
Yaradıcılıq qabiliyyəti yüskək, fəal, deyib-gelməyi sevən insanlardır. İdarəetmə gücü olduqca yüksəkdir, insanları asanlıqla inandıra və arxasınca apara bilir. Özünü necə ifadə edəcəyini yaxşı bilir. Hər andan zövq almaq bacarığına sahibdir. 

11 - 20 aprel 
Kəşf etməyi, yenilikləri sınamağı, pul xərcləməyi, yaxşı söhbətlər etməyi sevir. Xoşməramlı, ürəkli, özünə güvənən insanlar olur. Ədalətli, hamıya köməyə çalışan, tərifi sevən, xarici dil öyrənməyə meyilli, səyahət etməkdən xoşlanan şəxslər bu aralıqda doğulub. 

21- 30 aprel 
Onlar əsl gözəllik aşiqləridir. Dəbdəbəni sevir, maddiyyata böyük önəm verirlər. Sosial həyatın içərisində fəal yer almaqdan zövq alırlar. Mübahisə, dava-dalaş da yer almaqdan qətiyyən xoşlanmırlar. 

1 - 10 may 
Zehni qabiliyyəti yüksəkdir, ağıla böyük önəm verir, intuitsiyaları olduqca qüvvətlidir, müşahidə etməyi sevirlər. Danışıq qabiliyyətləri olduqca yaxşıdır. Təşkiatçılığı yaxşı bacarırlar. Detallara varmaqdan xoşlanmırlar. Danışıqla belə qarşısındakı insanı inandıra bilər. 

11 - 20 may 
Ən etibarlı insanlardırlar. Ədalətli mövqeləri ilə fərqlənirlər. Qarşısındakı insana olduqca yüksək dəyər verir. Reallıqla barışır, qələbəlikdən xoşlanmırlar. Başqalarından özlərinə qarşı gördükləri haqsızlıqdan tez təsirlənə bilirlər. Hədəfinə çatmaq üçün əlindən gələni edir. 

21 - 31 may 
Bacarıqlı, məntiqi güclü, məğlubiyyəti qətiyyən sevməyən, yeni insanları tanımaqdan zövq alan şəxsdir. Düşmənləri ilə belə ağılla mübarizə apararaq onları qarşısında məğlub vəziyyətə sala bilər. 

1 - 10 iyun 
Sosial münasibətlərinə böyük önəm verən, uzlaşmağı bacaran, yenilikləri sevən olurlar. 
Rahat həyata düşkündürlər. Xoşniyyətli və dostluğa böyük önəm verən şəxslər məhz bu günlərdə dünyaya gələn insanlar arasında çoxdur. 

11 - 21 iyun 
Müasir dünya görüşünə malikdirlər. Dostluq münasibətlərinə böyük önəm verirlər. Orjinal olan hər şeyi sevirlər. İnsanlarla rahat dil tapırlar. İradəsi çox qüvvətli olur və haqsızlığa boyun əymir. 

22- 30 iyun 
Qoruyucu mələkdirlər. Daima gerçəkliklərin arxasınca qaçır, uzlaşma yolunu asan tapırlar. 
Qarşısındakı insana asanlıqla təsir edə bilirlər. 

1- 11 iyul 
Düşüncə gücü yüksək, müşahidə qabiliyyəti mükəmməldir. Olduğu məkanı şənləndirə bilir. Araşdırmaçı xasiyyətə sahib olur. 

12- 22 iyul 
Artistlik qabiliyyəti yüksəkdir. Sənətə meyilli insanlardırlar. Bu insanların yanında adam özünü şəfqətli əllərdə hiss edir. İnandığı bir şeyə özünü tamamilə həsr edə bilər. 

23 iyul - 1 avqust 
Özündən əmin, müstəqil, liderlik qabiliyyəti yüksək, dəbdəbəni sevən olur. Kütlə arasında hər zaman seçilir. Sədaqət duyğusu olduqca yüksəkdir, təşkilatçılığı yaxşı bacarır. Qəlbinin səsini dinləyir. 

2- 12 avqust 
Söhbətcil, sevincli, vicdanlı, bədxərc kimi tanınır. Heç kimin qəlbinə dəymək istəmir. İnanc sahibi insandır. Onlar yaxşı sirdaş və dost olur. Başqalarından əmr almaqdan xoşlanmırlar. 

13 - 22 avqust 
Savaşçı özəlliyi ilə fərqlənir. İstədiklərini asanlıqla əldə edir. Cəsurdur və haqsızlığa boyun əymirlər. Yeniliklərə açıq, zəkalı, harad nə etməli gərəkdiyini yaxşı bilən insanlardır. 
Qarşısındakı insanı asanlıqla tanıyır. Gözlədilməkdən qəti xoşlanmırlar. 

23 avqust - 1 sentyabr 
Məntiqli, ağıllı, asanlıqla ünsiyyət qura bilən insanlardırlar. Kəskin müşahidə qabiliyyətinə sahibdirlər. Hər bir vəziyyətdə gerçəklikləri öyrənməyə can atırlar. Tez qavrayır və öyrənməyə meyillidir. 

2 - 12 sentyabr 
Ciddilikləri ilə fərqlənir, sağlam və düzgün qərarı tez verirlər. Hər şeyi məntiqlə, planla götür-qoy edirlər. Nizam intizama böyük önəm verir, məsuliyyətlərini dərk edirlər. Bu aralıqda doğulanlar yaşından daha müdrik olurlar. 

13 - 22 sentyabr 
Çox güclü bir şəxsiyyətləri olur. Hər bir şəraitə uyğunlaşır, cazibə qüvvələri yüksəkdir. İmiclərinə böyük önəm verirlər. Sosiallaşmaya meyilli olsalar da, detallara varmağı sevmirlər. 

23 sentyabr - 2 oktyabr 
Lüksü sevirlər. Kişilər çox yaraşıqlı, qadınları isə olduqca cazibədar olur. Zövqləri üçün bədxəclikdən belə çəkinmirlər. Bu bəzən onları çətinliyə sala bilər. Səyahət etməyi sevir, yeni insanlarla tanışlıqdan zövq alırlar. 

3- 13 oktyabr 
Başqaları bu insanları həmişə fərqli, qeyri-adi, cazibədar kimi görürlər. Qayda-qanunlarla məhdudlaşdırılmağı sevmirlər. Fərqlilik yaratmaqdan xoşlanırlar. Qərarlarını özləri verməkdən zövq alırlar. 

14- 23 oktyabr 
Həm fiziki, həm də zehni olaraq fəaldırlar. Zəkası ilə olduğu yeri heyrətləndirə bilər. Hisslərini kağıza tökür ki, bu da onların yaradıcılıq qabiliyyətləri ilə bağlıdır. Ətrafındakı ilə asanlıqla uyğunlaşa bilir. Daima öz üzərində çalışır və öyrənməkdən zövq alır. 

24 oktyabr - 1 noyabr 
Qarşı cinsin üzərində xüsusilə böyük təsirə malikdir. Mistikaya meyilli olurlar. Dəyişikliklərdən xoşlanırlar və lazım gəlsə bunun üçün mübarizə belə etməkdən çəkinmirlər. Nizam intizamlı güclü xarakterə sahibdirlər. Başqalarının sirlərini asanlıqla öyrənə bilərlər.

2- 11 noyabr 
Romantik, həssas və ehtiraslıdırlar. İdeal axtarışından heç zaman əl çəkmir. Xəyal gücü, müşahidə qabiliyyəti olduqca yüksəkdir. Sevgi üçün bütün mübarizələrə hazırdır. Başqalarının problemlərinə çarə axtarır, yönləndirmə gücü qüvvətlidir. 

12 - 22 noyabr 
İnsanları təsir altına tez sala bilir. Haqsızlıqlarla mübarizəyə hər zaman canla-başla hazır olurlar. İnsanların marağını çox asanlıqla çəkə bilirlər. İntuitsiaları olduqca yüksəkdir. 
başına gələn xoş olmayan hadisələrdən sonra belə asanlıəqla toparlana bilirlər. Altıncı hissi yüksəkdir. 

23 noyabr - 1 dekabr 
Əxlaqi dəyərlərə əsalanan, vicdanlı, yüksək təhsilə böyük önəm verən insanlar olurlar. Daima nikbin olur, sevdiklərinə çox bağlı olur və bunun nəticəsində onları daima həddindən artıq qorumağa meyilli olur. Pul xərcləməyi çox sevir. 

2 - 11 dekabr 
Çox cəsur olur və inanmadıqları heç bir şeyi qəbul etmirlər. Heç kimin sözü ilə hərəkət etməyi, oturub-durmağı sevmirlər. Sadiq və olduqca fədakardırlar. Verdikləri sözü mütləq yerinə yetirilər. Çox səbirsiz və rəqabət qüvvəsi güclü olur. 

12 - 21 dekabr 
Ağlı, təcrübəsi ilə insanları heyrane də bilər. Kəşf etməkdən zövq alır. Duyğularını asanlıqla idarə edir və qayğı görməkdən çox xoşlanır. Səhvlərini qəbul etməkdə çətinlik çəkirlər. Özünü inkişaf etdirmək üçün dayanmadan çalışa bilər. 

22 - 31 dekabr 
Məsuliyyət sahibidirlər. Nə istədiyini bilən, doğru qərarları vaxtında verən, nizamlı iş ilə hər cür çətinliyin öhdəsindən gələn insandır. Etibarlı insanlardır. 
Sevgiyə hər şeydən çox dəyər verir. Liderlik gücü yüksək, yaxşı təşkilatçı insanlardır. Tez-tez bədbinliyə qapılırlar./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar