Hamlet İsaxanlı danışdı (VİDEO)
18.03.2015 745 0.0 0

Azərbaycanın dünyada artan nüfuzu fonunda xaricdən idarə olunan qüvvələrin vasitəsilə ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələrin olduğu danılmazdır. Ekspertlər düşünürlər ki, məhz qlobal layihələrin fonunda ölkədə rastlaşılan bəzi xoşagəlməz hadisələr də məhz həmin qüvvələrin işi də ola bilər.

ANS TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində martın 9-da paytaxtın Azadlıq prospektilə, Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verən insidentdə, təqsirləndirilən qardaşlardan biri Zaur Məmmədov barəsində həbs qərarı çıxarılıb.

Hadisə iştirakçısı olduğu iddia edilən digər qardaş Elin Məmmədov isə zaminə buraxılıb. Döyülmə faktında qızının adı hallanan Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı ANS-ə açıqlama verərək, qızı Ülkər İsayevanın hadisə zamanı döyülməsi barədə iddiaları təkzib etdi.

Ata söylədi ki, qızı rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd ediblər. Dağılışanda isə qızları evlərinə ötürərkən məclisdə iştirak edən Katya adlı qızı da götürüblər. Sərxoş olan qızın söyüş söyməsi isə konfiliktə yol açıb. Avtomobildə olan oğlanlar qıza əl qaldırıblar, döyülən Ülkər olmayıb.

“Bu uşaqları polisə və ya məhkəmə çağrıldıqları baradə məlumatım yoxdur. Onda mənim qızımın ağılsızlıq edib. Qızım yoldaşlarını xilas etmək məqsədilə deyib ki, orada heç nə olmayıb. Əslində o mən idim və heç bir şikayətim də yoxdur”, - Hamlet İsaxanlı bildirib.

Döyülənin kimliyindən asılı olmayaraq məhkəmə qadının döyülmə faktına qərar verdi. Hamlet İsaxanlı görüntünün yayılmasını təxribat kimi qiymətləndirir. Həqiqətən də 9 gün əvvəl baş vermiş bir hadisənin, ötən gün Azərbaycan üçün xüsusilə əhəmiyyətli bir gündə, TANAP-ın təməlqoyma mərasimi keçirilən vaxtda ictimailəşdirilməsi təsadüfə oxşamır. 

Xuliqanlıq hərəkətlərilə bağlı görüntülərin ölkədə beynəlxalq əhəmiyyətli layihə və tədbirlərin ərəfəsində ortaya atılması da xaricdən idarə olunan qüvvələrin işi olduğunu istisna edilmir. 

Bu məsələdə faktla yanaşı ortanı qatmaq istəyən qüvvələrin olduğu da aydın görünür. Hər halda hüquq-mühafizə orqalanları görüntünü ilk yayanı da tapacaqlar./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar