Hamburqda Rusiya prezidentinin qaldığı otelin mühafizəçilərinə hücum edilib
07.07.2017 704 0.0 0

Almaniyanın Hamburq şəhərində Rusiya prezidenti Vladimir Putinin qaldığı “Park Hyatt” otelin təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edilib.

“Bild”ə istinadən xəbər verilir ki, bu haqda yerli polisi bildirib.

Həmin oteldə Vladimir Putindən başqa Cənubi Koreyanın prezidenti Mun Çje və Avstraliyanın baş naziri Malkolm Ternbull da qalır. 

Qeyd edək ki, iyulun 7-8-də Almaniayanın Hamburq şəhərində “Böyük-20”liyin zirvə toplantısı keçirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar