Abşeron, Hacıqabul, Astara və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Qazeta.info SOCAR-a istinadla xəbər verir ki, noyabrın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları'' və “Qanlı göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, “Hacıqabul-1” və “Qarasu”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Masallı”, eləcə də Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Əliabad” və ''Cəfərabad'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Qarasu və Abdulabad, Masallı rayonunun Qızılavar, Kəriblər və Ərkivan, Qəbələ rayonunun Soltanmuxa, Savalan və Hacıəli, Zaqatala rayonunun Əliabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Yasamal rayonunun, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin, eyni zamanda Hacıqabul, Şirvan, Lerik və Şəki rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.