Əhalidən xeyli sayda silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini Eldəniz Zamanovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini Fəxrəddin Abdullayev tapdığı “AKS” markalı avtomat silahı, süngü bıçağını, 3 ədəd patron darağını və 96 ədəd müxtəlif çaplı patronu, Naxçıvan Muxtar Respublikasının Qarxanbəyli kənd sakini Ramiz Qəmbərzadə tapdığı nömrələri silinmiş 3 ov tüfəngini və 347 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib./apa/