Hakimlər `Neftçi`nin oyununa gecikib
24.01.2022 451 0.0 0

"Neftçi"nin Türkiyənin Antalya şəhərində Polşanın "Qurnik" (Leçna) komandasına qarşı üçüncü yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Məlumata görə, qarşılaşmanın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, bu, gerçəkləşməyib.

Görüşün startını türkiyəli referi Yasin Duranın başçılıq etdiyi hakimlər briqadasının ləngiməsi yubadıb. Nəticədə matç 22 dəqiqə gecikib.

Bu müddətdə hər iki komandanın futbolçuları oyunöncəsi məşq ediblər.

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar