Hakim vurduğu futbolçudan üzr istəyib
16.01.2018 890 0.0 0

Son günlərin ən çox müzakirə mövzusuna çevrilən fransalı hakim Toni Şapron hərəkətinə aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Liqa 1-in XX turunda keçirilən “Nant” – PSJ matçında təpiklə vurduğu meydan sahiblərinin futbolçusu Dieqo Karlosdan üzr istəyib.

 

46 yaşlı referi səhv addım atdığını etiraf edib: “Aldığım zərbədən sonra qısa müddət əvvəl zədələndiyim yerdə böyük ağrı hiss etdim. Bunun da nəticəsində çox pis hərəkətə yol verdim və ayağımı futbolçuya tərəf uzatdım. Epizoda təkrar baxdıqda oyunçunun məni qəsdən yıxmadığını gördüm. Bu səbəbdən də, matçdan sonra raporta ona verdiyim ikinci sarı vərəqənin ləğv edilməsini yazdım”.

 

Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub. Fransa Futbol Federasiyası isə hadisə ilə bağlı araşdırma başa çatana qədər onu hakimlikdən uzaqlaşdırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar