Hafiz Məmmədovun qardaşının Azərbaycandan çıxışına qadağa qoyulub
14.06.2016 494 0.0 0

 Vergilər Nazirliyi Azərbaycandan getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısını yeniləyib.

Məlumata görə, vergi borcu səbəbindən sanksiyaya məruz qalmış 144 şəxs siyahısında idmanla bağlı üç nəfər yer alıb.
Bunlardan biri "Bakı" Futbol Klubundan Zeynal Məmmədovdur. Z.Məmmədov klub prezidenti Hafiz Məmmədovun qardaşıdır və klubun vitse-prezidenti vəzifəsində çalışıb.
Digər şəxs "Bakılı" futbol klubunun prezidenti Misir Əbilovdur. M.Əbilov "Aztrubservis" müəssisəsinin nümayəndəsi kimi belə bir qadağa ilə üzləşib. Bir müddət öncə o, hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.
Daha bir şəxs isə "Karvan İdman Klubu" MMC-dən Əli Abdulrəhmanovdur.
Hər üç şəxsin vergi borcu açıqlanmır. Onların ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar