Hacıyev əleyhinə ifadə verdi, Mahmudov infarkt oldu
08.12.2015 1533 0
“Beynəlxalq Bank işi” və onunla əlaqə olan digər işlər üzrə də həbslər olacaq.
Bildirək ki, bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Cahangir Hacıyev ev dustaqlığında olduğu son aylar ərzində istintaqla sıx əməkdaşlıq edib. Bütün əmlaklarının siyahılarını, gizli bank hesablarının nömrələrini, devalvasiyadan bir neçə gün əvvəl həyata keçirilən bank əməliyyatları haqda bütün məlumatları ifadələrinə daxil edib. Onun qudası Eldar Mahmudovun əleyhinə ifadə verdiyi haqda da məlumat var. Digər bir məlumata görə, “MTN işi” üzrə yaradılmış istintaq qrupunda Daxili İşlər Nazirliyinin müstəntiqləri də var. Həmin qrupda olan DİN müstəntiqləri paralel olaraq “Beynəlxalq Bank işi” üzrə də istintaq aparan qrupun üzvüdürlər.
Yəni Eldar Mahmudovun həbsi üçün DİN müstəntiqləri də Baş Prokurorluq qarşısında vəsatət qaldıra, Eldar Mahmudovun qudasının ifadəsi əsasında həbsini tələb edə bilərlər. Bununla belə, oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir.
Onu tutduğu vəzifədən uzaqlaşdırandan sonra belə xəbərlər yayılmışdı ki, Eldar Mahmudov barəsində ev dustağı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, sabiq nazirin saxlanılma yeri haqda da məlumat yayılıb. Məlumatada bildirilir ki, bir neçə gün əvvələ qədər belə məlumat vardı ki, E.Mahmudovu Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında Bakı ətrafındakı dövlət bağlarından birində saxlayırlar. Onu həmin bağ evinə oktyabrın sonunda Badamdardakı dəbdəbəli imarətindən çıxarılaraq yerləşdirildiyi bildirilirdi. Son məlumatlara görə, Eldar Mahmudov həmin bağ evindən növbəti dəfə dindirilməyə aparılarkən ciddi ürək krizi keçirib və MTN-in Bilgəh qəsəbəsində yerləşən sanatoriyasına aparılıb. Onun dindirilib-dindirilmədiyi haqda dəqiq bilgi yoxdur. Amma sabiq nazirin “istintaqla əməkdaşlıq etdiyi” deyilir. Onun və noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovun dekabrın sonuna qədər həbs olunacaqları xəbəri də var./azxeber.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər