Hacı Nuranın əməliyyatdan sonrakı vəziyyəti (FOTO)
08.12.2015 960 0.0 0

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə əməliyyatdan sonrakı şəklini paylaşıb. 

Məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı “Facebook” səhifəsində dostlarına üz tutaraq status yazıb:

“Səbr adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam. Lakin aşağıda Vətən, yuxarıda həyat eşqi ilə bu günümə, Allaha şükür deyir, hamıya dəstəyinizə görə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm. Əllərinizi sıxıb hamınıza məni gözləyin deyirəm. Həyat nə qədər şirinsə, sizinlə görüşmək daha şirindir!” 

Hacı Nuran "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həlak olmuş insanlara da baş sağlığı verib: 

“Allah təala bir daha “Günəşli” neft yatağında həyatlarını itirən neftçilərimizə rəhmət eləsin” yazaraq aparıcı baş sağlığı verib. 


Hacı Nuranın "Facebook" səhifəsi 

 

Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər.

 

Hacı Nuran əməliyyata hazırlanarkən

 

Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var, 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub. “Bakı-2015” Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasının üzvü olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar