"Xalq artisti Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur. Onun vəziyyəti ağır olaraq qalır."
Bunu açıqlamasıda kaman ustasının həkimi, Mərkəzi Klinik Xəstəxananın reanimatoloqu, Səbinə Qasımova deyib.
"Sənətkarın səhhətində irəliləyişin olub-olmayacağı haqqında fikir yürütmək üçün hələlik tezdir. Lakin müsbətə doğru dəyişiklik olacağına ümid edirik."-deyə həkim əlavə edib.
Kaman ustasının ailəsindən də, onun hələ də oksigenlə təmin edildiyini, bəzi kütləvi informasiya vasitələrinin isə xalq artisti haqqında əsassız məlumatları yaymağa davam etdiklər üçün narahatlıq keçirdiklərini bildirdilər.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
O, 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Bununla da sənətkarın kaman ustadı kimi yaradıcılığı başlayıb.
Habil Əliyev Azərbaycan SSR Əməkdar Artisti, Azərbaycan SSR Xalq Artisti və dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Habil Əliyev 1954-cü ildə Şərqiyyə Əliyeva ilə ailə həyatı qurub, üç qız və bir oğul övladları var./anspress/