Habil Əliyev xəstəxanadan evə buraxıla bilər
21.08.2015 581 0.0 0

“Həkimlərin dediyinə görə, səhhətində bu cür irəliləyiş davam edərsə, üzümüzə gələn həftənin birinci günü, yəni avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar”.
 
Bunu APA-ya açıqlamasında xalq artisti, kaman ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onun sözlərinə görə, sənətkarın səhhətində ağırlaşma yoxdur: “Səhhətində irəliləyiş var, ciddi mənada problem yoxdur. Yəni stabildir, həkimlər əvvəlki günlərə baxanda irəliləyişin olduğunu deyirlər”.
 
Qeyd edək ki, xalq artisti Habil Əliyev avqustun 14-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar