Həsən Ruhaninin prezidentliyə namizədliyi təsdiqlənib
14.04.2017 524 0.0 0

İranın hazırkı prezidenti Həsən Ruhani qarşıdakı prezident seçkilərində iştirak etmək üçün namizədliyini təsdiqlədib.
 
APA-nın “İran” agentliyinə istinadən verdiyi məlumata görə, namizədlərin qeydiyyatı aprelin 10-da Xarici İşlər Nazirliyindəki qərargahda aparılır. Qeydiyyat 5 gün davam edəcək. Aprelin 16-da isə Konstitusiya Nəzarət Şurası qeydə alınmış namizədlərin sənədlərinə baxacaq və namizədlərin yekun siyahısı aprelin 26-27-də Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq.
 
İranda 12-ci prezident seçkiləri mayın 19-da keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar