Hərracda dollara tələb yarım milyardı keçib
28.06.2016 658 0.0 0

 Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracını həyata keçirəcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, amma hərraca tələb yarım milyard dolları keçib.
Qazeta.info xəbər verir ki, "Report"un analitik qrupu AMB-nin iyunun 29-na rəsmi məzənnənin 1,5363 AZN/USD səviyyəsinə yüksələcəyini ehtimal edir.
Xatırladaq ki, "Brexit" referendumundan sonra qlobal maliyyə bazarlarında baş verən kəskin dalğalanmalar Azərbaycanın nağd valyuta bazarında da dollara tələbi artırıb. Belə ki, iyunun 24 və 27-də nağd valyuta bazarında dolların satışı maksimal həddə -1,5945-ə yüksəlib və hətta bir çox kommersiya bankında dollar satışı məhdudlaşdırılıb.
Agentliyin ekspertləri bildiriblər ki, ümumiyyətlə, qlobal maliyyə bazarlarında stabilləşmənin bərpa olunması ilə nağd valyuta bazarında dollara tələb bir qədər azalacaq. Ümumiyyətlə isə iyul və avqust aylarında dollara tələbin yüksək olması və rəsmi məzənnənin 1,56 səviyyəsinə qədər artması ehtimal edilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar