Hərbiçilərlə dolu helikopter Türkiyədən qaçaraq Yunanıstana sığınıb
16.07.2016 1212 0
Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.
“Hürriyet”ə istinadən verilən xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. "Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər