Hər gün bir kasa yeyin, sağlam olun
11.07.2016 963 0.0 0

Qatıq günün hər saatı yeyilən möhtəşəm bir qidadır. Qazeta.info bədənimiz üçün inanılmaz təsirləri olan bu qidanın faydaları haqqında Aile.lent.az -a istinadla bəzi maraqlı faktları təqdim edir.

 

1. Qatıq kalsium mineralı baxımından zəngin qidadır. Sağlam insanın gündəlik kalsium ehtiyacı 1000-1200 mg arasında dəyişir. 1 kasa qatıq yemək kalsium ehtiyacını 30%  qarşılayır. Kalsium mineralı sümüklərin daha güclü olmasını təmin edir və xüsusilə, menopauza dövrü sonrasında qadınlarda tez-tez görülən osteoporoza qarşı qoruyucudur.

 

2. Tərkibindəki təbii bakteriyalar sayəsində bağırsaqdakı faydalı bakteriya sayını sabit saxlayır və zərərli bakteriyaların çoxalmasına mane olar. Bağırsaq florasının pozulması 2-ci tip diyabet, piylənmə kimi bir çox xəstəliyin təməlini qoyduğu üçün qatıq bu xəstəliklərə qarşı da qoruyucudur. Eyni zamanda, probiotik xüsusiyyəti immunitet sistemini dəstəkləyir.

 

3. Qatıq çox yaxşı bir zülal qaynağıdır və digər zülal qaynaqlarına nisbətən daha aşağı kalorilidir. Gündəlik qidalanmada qatığa yer verilərək, zülalın yavaş həzm olunma  xüsusiyyətindən faydalanıb, daha uzun müddət tox qalmaq olar.

 

4. Qatıq tərkibindəki kalsium sayəsində qarın bölgəsi yağları yandırma xüsusiyyətinə də malikdir. C vitamini ilə birlikdə yeyildikdə maddələr mübadiləsini canlandırır.

 

5. Kalsium damar sağlamlığı və damar tıxanıqlığının qarşısını almaq üçün lazımlı olan  mineraldır. Qatıq kalsiumla zəngin bir qida olduğu üçün ürək-damar xəstəlikləri, hipertoniya kimi sağlamlıq problemlərindən qoruyucu təsir göstərir. Diqqət yetirilməsi lazım olan məqam qatığın yarım yağlı növlərinin yeyilməsidir.

 

6. Bağırsaq xərçəngi müasir dövrdə olduqca məşhur bir xəstəlikdir və bağırsaqlardakı bu ziyanın təməlini meydana gətirən ən əhəmiyyətli problem qəbizlikdir. Qatıq həzm sisteminin qarşısını alan qəbizliyə mane olur. Bu xüsusiyyətilə kolon xərçənginə qarşı qoruyucudur.

 

7. Tərkibindəki kalsium, fosfor, riboflavin, yod, sink, B5 və B12 vitamini sayəsində bədəni dincəldir, vitamin və mineral çatışmazlıqlarına mane olur.

 

8. Qatığın ehtiva etdiyi sink və laktik turşu dəri sağlamlığı üçün əhəmiyyətlidir. Bu maddələr sayəsində qatıq məsamələri açır, dərini ölü hüceyrələrdən təmizləyir və parlaqlıq verir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar