Hər dərdin dərmanı
16.05.2015 822 0.0 0

Zeytun ta qədimdən insanların qidalanmasına daxildir.
Bizim eramızda çox-çox əvvəl zeytundan yağ hazırlanırdı, zeytun qidada istifadə olunurdu. Dahi həkim Avisenna zeytunu "hər dərdin dərmanı" sayırdı. Qədim yunanlar zeytun yağını "duru qızıl" adlandırırdılar.
Zeytun çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, qida lifləri, C, PP, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və s. minerallar var.
Omeqa-6 yağlı turşular urək-damar və beyin üçün olduqca xeyirlidir. Bu maddələr orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları təzmiləyir. Pis xolesterin aterosklerozun inkişafının əsas səbəbidir. Ateroskleroz isə infarkt, insult kimi ağır pozulmaların inkişafına səbəb olur.
Zeytun və zeytun yağı insanın mədə-bağırsaq sistemi də üçün çox faydalıdır. Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır, ödqovucu təsir edir, öd kisəsində durğunluğun qarşısını alır.
Zeytun yağı və zeytun qəbizlikdən əziyyət çəkən insanlara yaxşı kömək edə bilər. Bunun üçün qidalanmanıza zeytun yağı və zeytun əlavə olunmuş tərəvəz salatları tez-tez daxil edin. Qəbizliklə mübarizədə sizə bu kimi sadə vasitə kömək edə bilər - 1 stəkan qatığa 1 çay qaşığı zeytun yağı əlavə edin, yaxşı qarışdırın və qəbul edin.
Qədimdə zeytun "qaliblərin yeməyi" sayılırdı. Zeytun kalorili məhsuldur. Zeytun insana əlavə eneji verir, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Zeytun E vitamini ilə zəngindir. Bu vitamin çox güclü antioksidantdır. Antioksidantlar orqanizmdə gedən qocalma prosesləri ləngidir, hüceyrələri bərpa edir, orqanizmi xərçəng xəstəliklərindən qoruyur. Ümumillikdə belə hesab olunur ki, zeytun xərçəngin  profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Belə ki, zeytunun tərkibində olan nadir xeyirli maddələr liqnanlar qadınları süd vəzi xərçəngindən qoruyur, digər nadir maddə skvalen dəri xərçənginin inkişafının qarşısını alır.
Zeytun və zeytun yağı qadınlar üçün çox xeyirlidir - qadınların cinsiyyət sisteminə müsbət təsir edir, dərini daha sağlam və cavan edir, saçların vəziyyətini yaxşılaşdırır.
Zeytunun tərkibində oaln xeyirli maddələr sümüklərin və dişlərin vəziyyətinə müsbət təsir edir, immun sistemini möhkəmləndirir.
Lakin zeytunun bu xeyirli xüsusiyyətindən faydalanmaq üçün təbii zeytundan və keyfiyyətli zeytun yağından istifadə etmək lazımdır./saglamolun.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar