Həmkəndlisini güllələyib könüllü polisə təslim oldu
18.07.2015 581 0.0 0

Yevlax rayonu Yuxarı Qaxun kəndində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.

Belə ki, Yevlax rayonu Yuxarı Qaxun kənd sakini K.Qədirov münaqişə zəminində həmkəndlisi S.Qədirovu qətlə yetirmişdir
 

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyulun 16-da Yevlax rayonu Yuxarı Qaxun kəndində kənd sakini Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirova xəsarət yetirmişdir. Nəticədə S.Qədirov hadisə yerində ölmüşdür.

K.Qədirov könüllü olaraq Yevlax RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi təhvil vermişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar