Hələbi vakuum bombaları ilə dağıtdılar
17.09.2015 651 0.0 0

Suriya ordusu müxalifətin nəzarət etdiyi bölgələrə helikopterlərlə barel bombaları atıb.

Məlumata görə, bombalama nəticəsində 45 dinc sakin həyatını itirib.

Ordunun Hələb şəhərinin müxaliflərin nəzarətində olan Məşhəd qəsəbəsinə atdığı barel bombaları ərazidə bir çox binaları dağıdıb. 

Dağıntıların altında insanlar qaldığı üçün ölü sayının artacağı ehtimal edilir. Yaralılar yaxınlıqlarda yerləşən səhra xəstəxanalarına çatdırlıb.

Suriya ordusuna aid qırıcı təyyarələr bir nəçə gündür Hələb şəhərinin müxalifətin nəzarətində olan bölgələrinə barel və vakuum bombaları ilə hücumlar təşkil edir. 

Hücumlar nəticəsində bir çox bölgələrdə su və elektirik enerjisində problemlər yaranıb, yollar keçilməz vəziyyətə düşüb. 

Bundan əvvəl 17-26 avqust tarixlərində Dəməşqin müxaliflərin nəzarətində olan ərazilərə aramsız hücumlar edilib. Nəticədə ən azı 90 nəfərin öldüyü, 300 nəfətin isə yaralandığı bildirilir.

 


Bombalanmadan sonra Hələb şəhəri

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayədəsi Stephen Obrienin sözlərinə görə, 2014-cü ildə məktəblərə 84 hücum olub. 

Hər dörd məktəbdən biri dağılıb. Hücumlar döyüş təyyarələri ilə həyata keçirilib. BMT-nin hesabatına görə, hazırda Suriyada 2 milyon uşaq məktəbə getmir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar