Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları üçün Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının həkimləri xüsusi təlimlər keçib.
Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidovun verdiyi məlumata görə, iyun ayında keçiriləcək möhtəşəm tədbirlərdə baş verə biləcək hansısa hadisədə xəsarət alan olarsa, bu zaman qurumun həkim briqadaları tibbi yardım göstərə bilər.
“Həkimlərimiz xüsusi təlimlər keçiblər. Bundan başqa, həkimlərimiz üçün ötən ilin oktyabr ayından pulsuz ingilis dili kursları təşkil olunmuşdu. Onlar kursları keçiblər. Tədbirdə tam gücümüzlə işləmək üçün bütün tədbirlər görülüb”, - deyə Mürsəl Həmidov bildirib.
Stansiyanını direktoru onu da bildirib ki, hazırda təcili yardım həkimləri bütün tibbi lavazımatlar, müasit texnika və dərmanlarla təchiz olunub. Stansiyaların maşınlar müasir texnikalarla təchiz edilib./anspress/