Həkimlərə sertifikasiya imtahanları keçirilib
13.07.2015 812 0.0 0

2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən verilən məlumata görə, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçmişdir. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.
Qazeta.info Səhiyyə Nazirliyinə istinadla bildirir ki, imtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilmişdir. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4000-ə yaxın namizəd qeydə alınıb.
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.
Tabeliyindən va müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə maşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya calb edilirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar