Əhəd Abıyev yenə də rinqə çıxdı - FOTO
17.03.2017 963 0
Martın 16-da Daşkəsən rayonunun Heydər Əliyev meydanında Novruz bayramı qeyd edilib.
Qazeta.info bildirir ki, ötən illərdə olduğu kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirdikdən sonra, Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə bayram tonqalını yandırıb.
Rayonun Heydər Əliyev meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları tşkil olunub.
Bildirək ki, bu dəfə də rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbir keçirilən meydanda boks əlcəkləri geyərək rinqə çıxıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər