Həcc ziyarəti üçün sənədlərin qəbulu başlayıb
26.01.2017 1214 0.0 0
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.
 
Qazeta.info QMİ-yə istinadla bildirir ki, bu ilki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.
 
Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
 
Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.
 
Ətraflı məlumat üçün suallarınızı saytımızın müvafiq “sual ver” bölməsindən

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar