Həcc ziyarəti qaydaları dəyişir
19.12.2015 544 0.0 0

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.

Məlumata görə, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. Bunu  açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi.

"Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik".
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyinin bu qərarı təsadüfi deyil. Çünki bu il sentyabrın 24-də həcc ziyarəti zamanı Mina dağında 700-dən çox zəvvar həyatını itirmişdi. Hadisəyə səbəb isə ziyarətdə qeydə alınan insan izdihamı idi. Ziyarətçilər bir-birilərinin ayaqları altında qalaraq həyatlarını itirmişdilər. 

Bununla yanaşı Əl-Həram məscidində kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər isə xəsarət alıb. 

Bu böyük faciədən dərhal sonra Səudiyyə Ərəbistanının kralı həcc ziyarətinin qaydalarına yenidən baxılması barədə göstəriş vermişdi./anspress/

 

Həcc ziyarətində faciə


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar