Həbs olunduğu deyilən «Şərurlu İsfəndiyar» danışdı-video
21.05.2015 1121 0.0 0

"Beynəlxalq Bankdan da kredit götürməmişəm”

 Azərbaycanın tanınmış iş adamı İsfəndiyar Axundov həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
 
Bu barədə APA-ya açıqlama verən iş adamı qeyd edib ki, haqqında belə məlumatlar qəsdən yayılır və bu xəbərlər həqiqətə uyğun deyil: “Mənin həbs edilməyim barədə yayılan xəbərlər yalandır. Nəinki həbs, mən, ümumiyyətlə, istintaqa cəlb olunmamışam. Haqqımda kimlər hansı məqsədlə bu xəbərləri yayır deyə bilmərəm. Onu deyə bilərəm ki, mən məsuliyyətə cəlb olunmamışam və hazırda evimdəyəm”.
 
İ. Axundov həmçinin Azərbaycan Beynəlxalq Bankından kredit götürmədiyini də açıqlayıb: “Öz işlərimlə məşğulam. Beynəlxalq Bankdan da kredit götürməmişəm”.
 
Qeyd edək ki, bu gün bəzi saytlar iş adamı İ. Axundovun həbs edilməsi barədə məlumat yayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar