Həbs olunan gənc bloggerin təqsirləndirildiyi maddə bilindi
12.01.2016 726 0.0 0

Həbs olunan gənc blogger Hüseyn Əzizoğlunun nədə günahlandırıldığı və İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi məlum olub.

Qazeta.info bildirir ki, ailəsindən "Report"a verilən məlumata görə, yanvarın 8-də H.Əzizoğlu yaşadığı məhəllədə bir nəfərlə dalaşıb. 

Davaya görə polis onu saxlayıb. H.Əzizoğlu İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 15 sutka azadlıqdan məhrum edilib.

O, inzibati qaydada həbs olunanların Binəqədidəki saxlanma məntəqəsində saxlanılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar