Gürcüstanın baş naziri şüşə divara çırpılıb - VİDEO
17.12.2019 506 0
Tbilisidə bu gün keçirilən Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında kuryoz hadisə yaşanıb.
Bildirək ki, tədbirdə iştirak edən Gürcüstanın baş naziri Giorgi Qaxaria toplantı zalını tərk etmək istəyib.
Bu zaman o, şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb. Jurnalistlərin bu hadisəni müşahidə etməsini görən hökumət başçısı gülümsəyib. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər